"Lazım olan adamlar öz mesajını aldı" - Ayxan Abbasov

"Lazım olan adamlar öz mesajını aldı" - Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçı belə şərh edib:

“İlk öncə azarkeşlərimizə  təşəkkür edirəm. Oyunun kritik anında onların dəstəyini hiss etdik. Bilirdik ki, ağır oyun olacaq. "Sumqayıt"ın "Zirə" ilə oyununa baxmışdıq. Bəlkə oyunun keyfiyyəti aşağı idi, amma meydanda mübarizə var idi. Doğma meydanda uduzmaq istəmirdik.  Futbolçularıma çox sağol demək istəyirəm ki, sona kimi mübarizə apardılar və qalib gəldik. Bizim əsas istəyimiz özümüzdən aşağıdakı komandalara uduzmamaqdır. Böyümək istəyiriksə, dəstək lazımdır. Düzünü desəm, çətinliklər var”.

Abbasov qələbədən sonrakı çılğın sevincini belə izah edib:

“Bu bir ismarıc idi. Lazım olan adamlar öz mesajını aldı”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər