ÇL: Lissabonda "qətl", "Real Madrid" sonda üzüldü

ÇL: Lissabonda "qətl", "Real Madrid" sonda üzüldü

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Fransada PSJ və "Real Madrid" üz-üzə gəlib. Parislilər Mbappenin uzatma dəqiqələrində vurduğu qol sayəsində İspaniya nəhəngini evə məğlub göndərib.

İngiltərənin "Mançester Siti" klubu isə Portuqaliyada "Sportinq"in qonağı olub. Pep Quardiolanın yetirmələri 5 cavabsız qol vuraraq ikinci matçı formallığa çevirib.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası 1/8 final mərhələsi İlk oyunlar

15 fevral

PSJ (Fransa) - "Real Madrid" (İspaniya) 1:0

Qol: Mbappe, 90+4

Baş hakim: Daniele Orsato (İtaliya)

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) 0:5

Qollar: Mahrez,7. B.Silva, 17; 44. Foden, 32.Sterlinq, 58

Baş hakim: Srcan Yovanoviç

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər