Konedən "Qəbələ" fanatlarına: “Bizi dəstəkləməyə dəyər”

Konedən "Qəbələ" fanatlarına: “Bizi dəstəkləməyə dəyər”

“Azarkeş komanda üçün ən vacib faktorlardan biridi. “Qəbələ” azarkeşlərini bizə inanmağa və dəstəkləməyə çağırıram”. Fanat.Az xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Famoussa Kone deyib.

 

İcarə əsasında 1 il “qırmızı-qara” formanı geyinəcək malili hücumçu azarkeşlərə müraciət edib. O, klubunun "Facebook" səhifəsi vasitəsilə “Qəbələ”sevərləri komandaya dəstək olmağa çağırıb: “Avropa Liqasında uğurlu nəticələr qazanmaq üçün buna ehtiyacımız var. Biz öhdəmizə düşən keyfiyyətli oyunu oynayacağıq və azarkeşlərə göstərəcəyik ki, bizə inanmağa və bizi dəstəkləməyə dəyər. Onların qarşısına çıxacağımız ilk oyunu səbirsizliklə gözləyirəm”.

 

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu mərhələnin matçları isə iyulun 13-də və 20-də olacaq. 

Konedən "Qəbələ" fanatlarına: “Bizi dəstəkləməyə dəyər”

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər