KL: Arda Turanlı "Şaxtyor" "AZ Alkmar"ı 3 qolla "yıxdı"

KL: Arda Turanlı "Şaxtyor" "AZ Alkmar"ı 3 qolla "yıxdı"

Bu gün UEFA Konfrans Liqasının 1/4 final mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, 4 görüşün hamısı bir gündə keçirilib və meydan sahiblərinin inamlı qalibiyyətləri ilə nəticələnib.

Günün ilk matçında “Rayo Valyekano” Yunanıstan təmsilçisi AEK ilə üz-üzə gəlib. Meydan sahibləri rəqibinə şans tanımayıb.

Ukrayna “Şaxtyor”u “AZ Alkmar”ı, “Kristal Pelas” “Fiorentina”nı, “Maynts” isə “Strasburq”u məğlub edib.

1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

UEFA Konfrans Liqası 1/4 final, ilk oyunlar 9 aprel

Rayo Valyekano (İspaniya) – AEK (Yunanıstan) 3:0

Şaxtyor Donetsk (Ukrayna) – AZ Alkmar (Niderland) 3:0

Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya) 3:0

Maynts (Almaniya) – Strasburq (Fransa) 2:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər