Beş gün sonra Azərbaycanda qış fasiləsi başa çatacaq. Belə ki, yanvarın 24-də keçiriləcək "Kəpəz" - "Qəbələ" matçı ilə mövsümün ikinci yarısı start götürəcək. Əksər klublarımız 2-3 həftəlik Antalya toplanışını artıq başa vurublar. Türkiyədən dönən "sonuncu qaranquş" "Neftçi" oldu ki, "ağ-qaralar" dünən "Srvena Zvezda" ilə yoxlama görüşündə qüvvəsini sınayıb bu gün Bakıya qayıdır. "Qarabağ" yoxlama görüşlərini tamamlasa da, daha bir neçə gün Türkiyədə qalıb ayın 23-də ölkəyə dönəcək.
Beləliklə, Premyer Liqa klublarının bir aylıq "istirahət"inin nəticələrini yekunlaşdırmaq olar.
Fanat.Az Antaliyadakı yoxlama oyunları ilə bağlı statistikanı təqdim edir:
Bəribaşdan qeyd edək ki, Premyer Liqa təmsilçilərinin hamısı ölkə xaricinə çıxmağa imkan tapdı. Halbuki, ötən ilin uyğun dövründə bu say 6-ya çatırdı. Belə ki, "Keşlə" və "Səbail" Azərbaycanda qalaraq Bakıda hazırlaşmışdı. Halbuki, bu mövsüm Premyer Liqa klublarının sayı 10-a çatır.
Ən uzun hazırlıq tsiklini "Qarabağ" keçib. Yanvarın 4-də Türkiyəyə üz tutan Qurban Qurbanovun başçılıq etdiyi kollektivin təlim-toplanışının müddəti 19 güna çatacaq. "Turan Tovuz"la "Şamaxı"nın hazırlıq dönəmi isə digərlərindən qısa çəkib. Hər ikisi 11 günlük proseslə kifayətlənib.
10 klub üçün 9 ölkədən rəqib
Komandalarımız Antalyada 28 oyun keçiriblər ki, bu, ötən qışdakından 4 matç çoxdur.
Yoxlama oyunlarındakı rəqiblərin təmsil olunduğu ölkələrin coğrafiyasına diqqət yetirsək, komandalarımız 9 müxtəlif çempionatın təmsilçiləriylə gücünü sınayıb. Bu mənada Serbiya komandaları ilə yolumuz daha çox kəsişib. Ən çox qələbəni də bu ölkə komandaları ilə görüşlərdə əldə etmişik. Belə ki, serblərlə 8 oyundan 3-də qələbə qazanıb bir o qədər də uduzmuşuq. Daha 2 görüş isə heç-heçə bitib.
Serbiya 8 3 2 3 7-6 11 Qazaxıstan 3 2 1 0 5-0 7 Rumıniya 4 1 1 2 7-8 4 Macarıstan 3 1 1 1 3-4 4 Almaniya 1 1 0 0 3-2 3 İsveçrə 1 1 0 0 1-0 3 Polşa 5 0 2 3 6-12 2 Çexiya 2 0 1 1 1-2 1 Rusiya 1 0 0 1 0-1 0
"Kəpəz" Antalya çempionudur!
Nəticələr ürəkaçan deyil. Təmsilçilərimiz keçirdikləri 28 oyundan çoxunda - 11-də uduzublar. 9 görüşdə qələbə qazanılıb, 8 dəfə heç-heçə qeydə alınıb. 33 qola imza atan təmsilçilərimiz 35 top buraxıblar.
Türkiyədəki görüşlərdə ən yaxşı nəticə "Kəpəz"ə məxsusdur. Tərlan Əhmədovun komandası Antaliyanı məğlub olmadan - 2 qələbə və 1 heç-heçə ilə tərk edib. Üstəlik, gəncəlilər qapısını da toxunulmaz saxlayıblar. Düzdür, 2 oyun keçirən "Sabah" da hazırlıq matçlarında uduzmayıb, ancaq Murad Musayevin komandası qapısında qol görüb. "Neftçi", "Səbail" və "Şamaxı" isə təlim-məşq toplanışını qalib gəlmədən başa vurub.
Yoxlama oyunları
"Qarabağ" 13 yanvar - “Rakuv” (Polşa) 0:3 18 yanvar - “Çukariçki” (Serbiya) 1:0 18 yanvar - “Poqon” (Polşa) 2:4 Cəmi: 3 1 0 2 3-7 3
“Sabah”
12 yanvar - “Varta” (Polşa) 1:1 18 yanvar - “Voyvodina” (Serbiya) 4:2 Cəmi: 2 1 1 0 5-3 4
“Neftçi”
10 yanvar - “Vaşaş” (Macarıstan) 1:1 15 yanvar - “Medz Leqnisa” (Polşa) 1:2 19 yanvar - “Srvena Zvezda” (Serbiya) 0:1 Cəmi: 3 0 1 2 2-4 1
"Zirə"
10 yanvar - “Çindia” (Rumıniya) 3:2 17 yanvar - “Szeged-Csanad” (Macarıstan) 1:3 17 yanvar - “Radniçki” (Serbiya) 0:0 Cəmi: 3 1 1 1 4-5 4
“Qəbələ”
12 yanvar - “Sepsi” (Rumıniya) 2:2 14 yanvar - "Lukanvalde" (Almaniya) 3:2 16 yanvar - “Teplitse” (Çexiya) 1:2 Cəmi: 3 1 1 1 6-6 4
“Turan Tovuz”
9 yanvar - "Petrolul" (Rumıniya) 2:3 13 yanvar - "Aarau" (İsveçrə) 1:0 17 yanvar - "Jetısu" (Qazaxıstan) 2:0 Cəmi: 3 2 0 1 5-3 6
“Şamaxı”
11 yanvar - "Kaysar" (Qazaxıstan) 0:0 11 yanvar - "Botaşani" (Rumıniya) 0:1 (başa çatmayıb) 18 yanvar - "Napredak" (Serbiya) 0:1 Cəmi: 3 0 1 2 0-2 1
“Sumqayıt”
12 yanvar - "Radnik" (Serbiya) 2:1 17 yanvar - "Krılya Sovetov" (Rusiya) 0:1 Cəmi: 2 1 0 1 2-2 3
"Kəpəz"
14 yanvar - "MTK Budapeşt" (Macarıstan) 1:0 16 yanvar - "Novı Pazar" (Serbiya) 0:0 18 yanvar - "Kaysar" (Qazaxıstan) 3:0 Cəmi: 3 2 1 0 4-0 7
“Səbail”
8 yanvar - "Legiya" (Polşa) 2:2 12 yanvar - "Bohemians" (Çexiya) 0:0 16 yanvar - "Spartak" (Serbiya) 0:1 Cəmi: 3 0 2 1 2-3 2
Mirağa