Kaxaber Tsxadadze: "Neftçi" ciddi rəqibdi"

Kaxaber Tsxadadze: "Neftçi" ciddi rəqibdi"
"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo" ilə eyni futbol markasıdır".
Fanat.Az xəbər verir ki, bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının baş məşqçisi Kaxaber Tsxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis flaqmanı ciddi rəqib adlandırıb: "Əlbəttə, biz bunu qiymətləndirməliyik. Hazırda proqnoz vermək qəbuledilməzdir. Vəzifəmiz bu oyunlara yaxşı hazırlaşmaqdır. Planlarımız var, mümkün qədər çox çalışmalı və maksimum nəticə göstərməliyik".
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər