“Napoli”nin hücumçusu Edinson Kavaninin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən gün Parisə gəlib, "PSJ" üçün tibbi müayinədən uğurla keçən Uruqvay milli komandasının futbolçusu bu gün Fransa klubu ilə 5 illik müqavilə imzalayıb.
Bu haqda "PSJ"nin prezidenti Nassər Əl-Xəlaifi xüsusi mətbuat konfransında bildirib.
Kavani yeni klubunda illik 10 milyon avro maaş, əlavə bonuslar və mükafatlar alacaq. 28 yaşlı forvard "PSJ"də 9 nömrəli forma geyinəcək.
İdman24.az