Kanales "Neftçi"də ilk seçimini etdi - FOTO

Kanales "Neftçi"də ilk seçimini etdi - FOTO
“Neftçi” çilili futbolçu Nikolas Kanaleslə mövsümün sonunadək müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, mərkəz hücumçusu komandada 9 nömrəli formanı geyinəcək. 
Qeyd edək ki, çilili forvardın son iş yeri "Krılya Sovetov" olsa da, o Rusiya klubunun heyətində debüt etməyib. 30 yaşlı futbolçu son rəsmi oyununu "Neftçi"nin heyətində "Qarabağ"a qarşı keçirib. Ötən il Azərbaycan Kubokunun finalında baş tutan oyunda futbolçu 90 dəqiqə oynayıb. Bir sözlə Kanales son 8 ayda, yəni 251 gündə rəsmi oyuna çıxmayıb.
Çilili forvard 2012/13 və 2014/15 mövsümlərində "Neftçi"də çıxış edib. Bu müddətdə 83 rəsmi oyuna çıxıb və 44 qola imza atıb. 2012/13 mövsümündə Azərbaycan çempionluğunu və kubokunu qazanan futbolçu 26 qolla Premyer Liqanın bombardiri olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər