Jeremi Frimponq: "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır"

Jeremi Frimponq: "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır"

"Liverpul"un üzvü Jeremi Frimponq UEFA Çempionlar Liqası Liqa mərhələsinin sonuncu - 8-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, niderlandlı futbolçu "Qarabağ"ın Çempionlar Liqası səviyyəsində bir komanda olduğunu deyib:

"Almaniyanın "Bayer Leverkuzen" klubunda oynayarkən "Qarabağ"a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı mübarizə aparmışdılar. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər