İtaliyalı müdafiəçi "Barselona"nın "radar"ında

İtaliyalı müdafiəçi "Barselona"nın "radar"ında
"Barselona" "Yuventus"un müdafiəçisi Mattiya De Şilyonu yaxından izləyir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, De Şilyonun transferi Artur-Pyaniç "barter"indən asılı deyil. Nelson Semedu və ya Xunior Firpodan biri komandanı tərk edəcəyi təqdirdə, "Barselona"nın italiyalı futbolçunu heyətinə qatmağa cəhd edəcəyi bildirilir.
De Şilyonun Artur qarşılığında katalon klubuna keçmək ehtimalı var idi. Lakin "Barsa" iqtisadi problemlər səbəbindən "Yuve"dən ödəniş tələb etməyə üstünlük vermişdi.
"Blauqrana"ya yaxın mənbələr rəhbərliyin istənilən vaxt 27 yaşlı oyunçunun transferinə yenidən qayıda biləcəyini istisna etmir. Daha öncə "Barselona"nın De Şilyo ilə əlaqə yaratdığı və müqavilə şərtlərini müzakirə etdiyinə dair xəbərlər yayılmışdı.
Qeyd edək ki, De Şilyo "Yuve"nin baş məşqçisi Mauritsio Sarrinin planlarına daxil deyil.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər