İtaliyadan Türkiyə millisinə ağır ZƏRBƏ

İtaliyadan Türkiyə millisinə ağır ZƏRBƏ

Avropa çempionatında 1/8 finala çıxmaq istəyən Türkiyə üçün bu gecə baş tutacaq İtaliya - İrlandiya matçı böyük önəm daşıyır. İtaliya ilk iki turda 1/8 finala vəsiqəni təmin edib. İrlandiyanın isə qələbəyə ehtiyacı var.

Amma İrlandiyanın İtaliyanı məğlu etməməsi Türkiyənin işinə yarayır. İtalyanlar üçün isə bu matç formal xarakter daşıyır.

Fanat.az xəbər verir ki, 1/8 finalda İspaniya ilə ağır matça çıxacaq İtaliyanın baş məşqçisi Antonio Konte İrlandiya ilə oyunda aparıcı futbolçulara istirahət vermək qərarına gəlib. Məlumata görə, baş məşqçi bir neçə aparıcı futbolçunu qorumaq üçün bu gecə meydana buraxmayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər