İspaniya klubu azərbaycanlı futbolçu ilə vidalaşdı

İspaniya klubu azərbaycanlı futbolçu ilə vidalaşdı
Azərbaycan millisindən çıxış etmiş futbolçu Eddi İsrafilov İspaniyanın "Albasete" klubundan ayrılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sequndanı 38 xalla sonuncu - 22-ci sırada başa vuran komanda 18 futbolçusu ilə vidalaşmalı olub.
Onların sırasında 29 yaşlı yarımmüdafiəçi Eddi İsrafilovun da adı var.
Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən "Albasete" formasını geyinirdi. O, ötən mövsüm komandanın heyətində 35 oyuna çıxaraq 2 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər