İspan forvard rəsmən "Neftçi"də - FOTO/VİDEO

İspan forvard rəsmən "Neftçi"də - FOTO/VİDEO
“Neftçi” hücumçu Antonio Quinta (Anete) ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, ispan futbolçu 2015/16 mövsümünün sonunadək komandanın formasını geyinəcək. 
Qeyd edək ki, “Real Sosyedad” klubunun (2004-2008) yetirməsi olan Anete İspaniyanın “Koria” (2008-2009), “San Roke” (2009-2010), “Real Xaen” (2010-2011), “Seuta” (2011-2012), Yunanıstanın “Olimpiakos Volos” (2012-2013), “Niki Volos” (2013-2014) və Bolqarıstanın “Levski” (2014-2015) klubunda çıxış edib. Hücumçu son mövsümdə “Levski”nin heyətində 28 oyunda 14 qol vurub.
Anete keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Çox xoşbəxtəm. Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram. Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridi. Harada olduğumu anlayıram. Bu mənim üçün yeni təcrübədi. Burada olduğum üçün qürur hissi keçirirəm. Azarkeşlərin mənim komandada olmağımdan özlərini xoşbəxt hiss etmələri üçün əlimdən gələni edəcəyəm”.
İspan forvard rəsmən "Neftçi"də - FOTO/VİDEO
İspan forvard rəsmən "Neftçi"də - FOTO/VİDEO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər