İrlandiya - Azərbaycan görüşü slovakiyalılara tapşırıldı

İrlandiya - Azərbaycan görüşü slovakiyalılara tapşırıldı
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan matçına təyinatlar açıqlanıb. 
Fanat.Az xəbər verir ki, martın 27-də baş tutacaq görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada baş hakim funksiyasını Filip Qlova yerinə yetirəcək. Ona Peter Kovaç və Yan Pozor kömək edəcəklər. Matçda dördüncü referi isə Paxol Çmura olacaq.
Qeyd edək ki, qarşılaşma Dublində Talla stadionunda keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər