Bu qış rekord transferlərə imza atan Çin klubları ilə bağlı daha bir iddia ortaya atılıb. Fanat.az xəbər verir ki, hazırda "Barselona"da çıxış edən Arda Turanın da bu ölkədən təklif aldığı deyilir.
İddiaya görə, "Şanxay SİPG" və Burak Yılmazın transfer olunduğu "Pekin Quan" Türkiyə millisinin üzvünü hədəfə alıb. Hər iki klubun Arda Turanın qiymətini öyrənmək üçün "Barselona"ya müraciət etdiyi deyilir. Kataloniyalılar isə hələlik onlara cavab verməyib.
İddia olunur ki, çinlilər bu transfer üçün İspaniya klubuna 100 milyon avro (176 milyon 100 min manat) belə ödəməyə hazırdı. Futbolçunun özünə isə illik 20 milyon avro (35 milyon 220 min manat) təklif ediləcək.
Fanat.az