İki futbolçu Türkiyə millisinin düşərgəsini tərk etdi

İki futbolçu Türkiyə millisinin düşərgəsini tərk etdi

Martın 23-də Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Macarıstan millisinin qonağı olacaq Türkiyə yığmasının heyətində dəyişiklik edilib.

Fanat.Az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,  iki zədəli futbolçu -  Mərt Günok və Yunus Akgün heyətdən kənarlaşdırılıb. 

"Palermo"da çıxış edən Rayyan Baniya isə seçməyə dəvət olunub.

Qeyd edək ki, tərəflərin martın 20-də baş tutan birinci qarşılaşması Türkiyənin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər