II dövrənin ən yaxşısı “Qəbələ” oldu

II dövrənin ən yaxşısı “Qəbələ” oldu
Topaz Premyer Liqasında II dövrəyə yekun vurulub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub.
 
Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı "Qəbələ”di. "Qarabağ”la eyni - 18 xal toplayan "qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb. "Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan "Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. "Zirə” dövrənin 3-cüsü, "Neftçi” 4-cüsü olub. II dövrədə keçirdiyi bütün oyunlarda uduzan "Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadı.
 
Qeyd edək ki, "Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olmuşdu.

1

Qəbələ

7

6

0

1

18-6

18

2

Qarabağ

7

6

0

1

11-3

18

3

Zirə

7

5

0

2

11-6

15

4

Neftçi

7

4

0

3

12-7

12

5

Sumqayıt

7

3

1

3

9-7

10

6

Səbail

7

2

1

4

5-11

7

7

Kəpəz

7

1

0

6

5-18

3

8

Keşlə

7

0

0

7

2-15

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər