Baş məşqçisi Loren Blanla anlaşmazlıqlar yaşadığı üçün PSJ klubundan ayrılacağı iddia edilən Zlatan İbrahimoviç daha bir klubun maraq dairəsinə düşüb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Real" (Madrid) klubunun ardından "Mançester Siti" də hücumçunu transfer etmək istəyir.
Yaxın günlərdə İngiltərə klubunun rəsmi təklif göndərəcəyi bildirilir. Fransız təmsilçisinin "Napoli"nin oyunçusu Edinson Kavanini heyətinə qatacağı təqdirdə İbrahimoviçi 17 milyon avroya satacağı gözlənilir.
İdman24.az