Fransa Liqa 1-də XXVI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, lider PSJ "Tuluza"nı qəbul edib.
Paris 4:2 hesablı qələbə qazanıb. PSJ-nin 4 qolundan 3-nə Zlatan İbrahimoviç imza atıb. Hesabı 32-ci dəqiqədə penaltidən Zlatan İbrahimoviç açıb. 44-cü dəqiqədə "Tuluza" bərbərliyi təmin edib. 56-cı dəqiqədə Ezekuiel Lavezzi, 13 dəqiqə sonra İbrahimoviç fərqlənib. 72-ci dəqiqədə meydan sahibləri fərqi azaldıb. 89-cu dəqiqədə Zlatan penaltini boşa versə də, hücumun davamında fərqlənə bilib.
Fanat.az