I Divizionda XVII tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Neftçi”nin ikinci komandası səfərdə “Qaradağ Lökbatan”a, “Qarabağ”ın əvəzediciləri isə MOİK-ə uduzub. Lider “Araz Naxçıvan” isə “İmişli” ilə ev oyununda darmadağına sevinib.
I Divizion XVII tur 14 fevral
“Qaradağ Lökbatan” – “Neftçi-2” 1:0 Qol: Sabir Allahquliyev, 43. Hakimlər: Tural İbrahimov, Vüqar Bayramov, Sənan Atayev, Rövşən Rəcəbov. Lökbatan OİK stadionu, 14:00.
MOİK – “Qarabağ-2” 3:0 Qol: İlham Allahverdiyev, 55. İsa Zeynallı, 76-pen. Elmir Rəhimzadə, 90+2. Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Rasim Axundov, Mahmud Bağırzadə. Binə qəsəbə stadionu, 14:00.
“Araz Naxçıvan” – “İmişli” 3:0 Qol: Fəhmin Muradbəyli, 17; 36. Orxan Əliyev, 67-pen. Hakimlər: Əli Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, İslam Məmmədov. Naxçıvan Muxtar Respublika stadionu, 15:00.
15 fevral
“Zirə-2” – “Sumqayıt-2” Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Aydın Bəxşiyev, Əkbər Əhmədov. Bakı. “ASK Arena”, 13:00.
“Qəbələ-2” – “Şamaxı-2” Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Kərim Zeynalov, Rəsul Babayev. Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Kəpəz-2” – “Turan Tovuz-2” Hakimlər: Emin Əliyev, Ruslan Quliyev, Orxan İbişov, Səbuhi Bayramov. Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Mingəçevir” – “Zaqatala” Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Qəzənfər Məmmədov, Elvin Bayramov. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.