Hindistandan “Qəbələ”yə Azərbaycan dilində dəstək - VİDEO

Hindistandan “Qəbələ”yə Azərbaycan dilində dəstək - VİDEO

"Qəbələ" azarkeşlərinin daim sevgiylə, hörmətlə və qürurla xatırladığı, vurduğu qollarla "qırmızı-qaralar"ın uğurlarında pay sahibi olan Viktor Mendi videomesajla komandaya dəstəyini göstərib.

Fanat.az xəbər verir ki, Mendi fanatları 4 avqustda baş tutacaq "Qəbələ" - "Lill" maçında aktiv olmağa çağırıb. O, "Qəbələ"nin yanında olduğunu, futbolçulara inandığını nümayiş etdirib.

Xatırladaq ki, Mendi 2011/15 ci illərdə "Qəbələ"də çıxış edib. Seneqallı futbolçu "qırmızı-qaralar"ın heyətində 112 oyuna 29 qol vurub. O, hazırda Hindistanın "Nort East United" klubunda çıxış edir.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər