“Heydər Əliyev-100”: Türkiyə millisi Ukraynaya məğlub oldu

“Heydər Əliyev-100”: Türkiyə millisi Ukraynaya məğlub oldu

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri start götürüb. 

Fanat.Az xəbər verir ki, günün ilk oyunu çərçivəsində B qrupunda yer alan Türkiyə ilə Ukrayna yığmaları Bakı Tennis Akademiyasında 2-ci tur matçında üz-üzə gəlib.

Beş qolun vurulduğu görüşdə Ukrayna millisi 3:2 hesablı qələbə qazanıb. Ukraynanın heyətində Viktor Aronovski (27-ci dəqiqə), Yuri Adiş (41) və Mikola Kodatski (43) fərqləniblər. Türkiyə millisində isə Esat Karadeniz 29-cu və Erdem Eriş 44-cü dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, bir gün əvvəl Qazaxıstana məğlub olan Ukrayna seçməsi (0:1) turnirdə ilk qalibiyyətini qazanıb.

Bu gün B qrupu çərçivəsində Qazaxıstan – CAR və Türkiyə – Fransa matçları olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər