Hələ Arnautoviç kimisi olmamışdı - Polsterin rekordu qırıldı

Hələ Arnautoviç kimisi olmamışdı - Polsterin rekordu qırıldı

Avstriya millisinin hücumçusu Marko Arnautoviç rekorda imza atıb.

Fanat.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda İordaniya millisinə qarşı keçirdikləri matçda (3:1) fərqlənməklə mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı futbolçu olub.

Təcrübəli forvard bu nəticəni 37 yaş 59 günlüyündə reallaşdırıb.

Əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı oyunda (1:1) bərabərlik qolunu vuran Toni Polsterə məxsus idi. Polster Avstriya seçməsinin forması ilə 34 yaş 93 günlüyündə adını tabloya yazdırmışdı.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər