Hakim Arda Turana əvvəl qırmızı, sonra sarı vərəqə göstərdi - VİDEO

Hakim Arda Turana əvvəl qırmızı, sonra sarı vərəqə göstərdi - VİDEO
"Barselona"nın "Rayo Valyekano" ilə oyunu Arda Turan üçün iki məqamla əlamətdar olub. Fanat.az xəbər verir ki, türk futbolçu futbol tarixində nadir hallarda görünən hadisə ilə üzləşib.
Belə ki, 68-ci dəqiqədə İvan Rakitiçin yerinə meydana çıxan türk futbolçu 78-ci dəqiqədə kobud oynayıb və baş hakim İnyaki Bikandi Qarrido ona qırmızı vərəqə göstərib. Amma az sonra səhvini anlayan referi "qırmızı"nı sarı vərəqə ilə əvzləyib.
Bu oyunda Arda "Barselona"dakı ilk qoluna da imza atıb. Türkiyə yığmasının lideri 86-cı dəqiqədə fərqlənərək Kataloniya klubuna 5:1 hesablı qələbə qazandırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər