İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Fanat.Az xəbər verir ki, ötən axşam İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.
Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif “İmişli”nin U-16 komandasının qapıçısı olub.