“Neftçi”nin futbolçusu İvan Brkiç klubun televiziyasına danışıb.
Fanat.Az xəbər verir ki, Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı qapıçı mövsümün ikinci yarısı üçün ümidli danışıb.
“Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik. Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir”.
Qeyd edək ki, “Neftçi” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu bu gün 18:00-da bu gün Macarıstan təmsilçisi “Vaşaş”a qarşı keçirəcək.