“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, Stiven Jozef-Monroz yeni mövsümdən "qırmızı-qaralar"ın formasını geyinəcək.
27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqaviləyə qol çəkib. Baş məşqçi Roman Qriqorçuk onu yarımmüdafiənin saöında oynatmaqda maraqlıdı.
2008-ci ildə peşəkar karyerasına başlayan Stiven 2011-ci ilədək “Lans”da top qovub. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortreyk” (2011-2012) və “Genk”in (2012-2015) şərəfini qoruyub. Orta xətt oyunçusu 2012/13 mövsümündə Belçika kubokunu başı üzərinə qaldırıb.
Jozef-Monrozun son iş yeri isə Fransa “Brest”i olub. çıxış edib. 2007-2012-ci illərdə ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarına çağırılan futbolçu Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb.
Qeyd edək ki, mövsümün bitimində 11 futbolçunu yola salan "Qəbələ" daha öncə Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispan Xavyer Ernandes Qonzalesi heyətə qatmışdı.
Fanat.Az