Finalın adı: "Fiorentina" - "Napoli" - VİDEO

Finalın adı: "Fiorentina" - "Napoli" - VİDEO
İtaliya Kubokunun yarımfinal mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, finala vəsiqə uğrunda son oyunda "Napoli" "Roma"nı qəbul edib.
Bu komandalar arasında ilk oyunda paytaxt təmsilçisi 3:2 hesablı qələbə qahanmışdı. "Napoli" cavab görüşündə minimal hesablı məğlubiyyətin əvəzini darmadağınla çıxaraq finala yüksəlib - 3:0. Qollara Joze Maria Kallejon, Qonzalo Hiquayn və Jorjinyo imza atıb.
Qeyd edək ki, finalın digər iştirakçısı "Fiorentina" olacaq. Florensiya təmsilçisi yarımfinalda "Udineze"ni mübarizədən kənarlaşdırıb (1:2, 2:0).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər