"Valensiya"nı satın almaq istəyən Peter Lim azarkeşləri həyacanlandıracaq transferlərə imza atmaq istəyir. Fanat.az xəbər verir ki, sinqapurlu iş adamının hədəfindəki əsas isim Radamel Falkaodu.
"Valensiya" Bankia bankına olan borclarını ödəyə bilməyib. Bu səbəbdən klub bankın balansına keçib. Hazırda Peter Lim "Valensiya"nı almaq üçün Bankia ilə danışıqlar aparır. İş adamının istəyi baş tutsa, "Valensiya"nı "Çelsi", "Mançester Siti", PSJ kimi klubların yolu ilə apararaq heyətə dünya səviyyəli ulduzlar qatacaq. Onlardan biri də "Monako"nun kolumbiyalı forvardı Radamel Falkao olacaq.
Peter Limin hədəfindəki digər futbolçu "Mançester Yunayted"in portuqaliyalı üzvü Luis Nanidi. Xəbərdə həmçinin bildirilir ki, sinqapurlu milyonçu "Valensiya"ya bu qış 50 milyon avro xərcləmək niyyətindədi.
Fanat.az