Eto`O "Neftçi"yə qol vura bilmədi

Eto`O "Neftçi"yə qol vura bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" son yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Samir Əliyev komandanı "Antalyaspor"la oyunda sınayıb.

"Ağ-qaralar" yeni mövsümdə Super Liqada çıхış edəcək klubu 2:0 hesabı ilə yenib. Hesabı 60-cı dəqiqəbə fasilədə Məhəmməd Qurbanovu əvəzləmiş Ruslan Qurbanov açıb. Gənc hücumçu müdafiəçidən topu alaraq qapıya dəqiq zərbə endirib. 88-ci dəqiqədə isə meydana ikinci yarıda çıхmış başqa bir futbolçu - Fəhmin Muradbəli fərqlənib. Bu dəfə Ruslan Qurbanov qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Antalyaspor"un heyətində məşhur kamerunlu ulduz Samuel Eto`O meydana çıхıb.

Onu da qeyd edək ki, "Neftçi" bundan əvvəl Türkiyədə iki oyun keçirmişdi. Yerli "Alanyaspor"la "sülh" bağlayan (1:1) "ağ-qaralar" Səudiyyə Ərəbistanının "Əl-Faysali" klubunu yenmişdi (2:1).

"Neftçi"nin start heyəti: Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Aylton, Kamal Qurbanov, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev, Samir Məsimov, Araz Abdullayev, Məhəmməd Qurbanov.

İkinci hissədə meydana çıxanlar: Ruslan Qurbanov, Məqsəd İsayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov, Mirabdulla Abbasov, Orxan Qurbanlı, Orxan Bəşirov, Əziz Quliyev.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər