Ərdoğandan Arda Turan xahişi: "Qərarına yenidən bax"

Ərdoğandan Arda Turan xahişi: "Qərarına yenidən bax"
Türkiyə millisi "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşacaq. Fanat.Az xəbər verir ki, matçdan əvvəl millinin baş məşqçisi Fatih Terim və Türkyiə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı ziyarət edib.
Görüşün əsas müzakirə mövzusu Arda Turan olub. Məlumata görə, prezident Fatih Terimdən Arda Turanla bağlı qərarına yenidən baxmağı xahiş edib.
"Bəzi futbolçuların milli komandaya çağırılmaması mənfi gündəm yaratdı. Bu kimi müzakirələr həm milli komandaya, həm də federasiyaya mənfi təsir edir. Çox çətin bir seçmə mərhələ bizi gözləyir. Arda Turan kimi futbolçuya milli komandanın ehtiyacı var. Onunla bağlı qərarınıza yenidən baxmağınızı xahiş edirəm" deyə Ərdoğan bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər