Emil Balayevin əsas rəqibi PSJ-də - RƏSMİ

Emil Balayevin əsas rəqibi PSJ-də - RƏSMİ
PSJ heyətinə yeni qapıçı qatıb. Fanat.az хəbər verir ki, Paris klubu Frankfurt "Ayntraхt"ının qapıçısı Kevin Trappı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 25 yaşlı qolkiper 5 illik müqavilə imzalayıb. PSJ buna görə "Ayntraxt"a 9 milyon avro ödəyib.
Qeyd edək ki, Kevin Trapp "Ayntraхt"ın əsas qapıçısı idi. Bu səbəbdən o, Emil Balayevin əsas rəqibi hesab olunurdu. İndi "Ayntraхt"da Emildən başqa iki qapıçı var - 24 yaşlı avstriyalı Haynts Lindner və 19 yaşlı alman Yannik Zummak.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər