Elvin Cəfərquliyevin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb

Elvin Cəfərquliyevin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

MRT müayinəsindən keçən 26 yaşlı futbolçunun səhhətində hər hansı bir ciddi problem və ya zədə müəyyən olunmayıb.

Qeyd edək ki, müdafiəçi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” (Kiyev) ilə keçirilən ilk matçında zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər