Elmar Baxşıyev "Neftçi" ilə oyundan danışdı

Elmar Baxşıyev "Neftçi" ilə oyundan danışdı

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən "Qəbələ" - "Neftçi" matçı 0:0 hesabı ilə başa çatıb. 

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında iştirak edən "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev görüşü dəyərləndirib.

“Qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkdik. Buna görə də görüş heç-heçə yekunlaşdı. Heyətdə həftə ərzində kollektivlə birgə məşq etməyən futbolçular var idi. Onların durumu da qeyri-müəyyən idi. İsnik Alimi məşq prosesində iştirak etməsə də, oyunda meydanda oldu və komandaya öz faydasını verdi. Futbolçulardan razı qaldım, istədiyimi tam şəkildə ortaya qoyurdular”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər