Dünya Qadın Seriyası: “Neftçi” yarımfinalda!

Dünya Qadın Seriyası: “Neftçi” yarımfinalda!

"Neftçi"nin 3x3 basketbol komandası Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsində yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Niderland millisi ilə üz-üzə gəlib və rəqibini 17:14 hesabı ilə məğlub edib.

"Neftçi" qrupda növbəti oyununu Macarıstanın "Qyor" klubuna qarşı keçirib. Azərbaycan təmsilçisi bu oyunda da 18:14 hesablı qələbəyə sevinib.

Qrupdakı sonuncu oyununda Litva millisinə də 20:14 hesabı ilə qalib gələn təmsilçimiz qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.

"Neftçi"nin yarımfinal qarşılaşması iyulun 3-də, Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. Rəqibin kimliyinə daha sonra aydınlıq gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər