Dünya Qadın Seriyası: "Neftçi" Fransada mübarizəyə başlayır

Dünya Qadın Seriyası: "Neftçi" Fransada mübarizəyə başlayır

"Neftçi"nin 3x3 basketbol üzrə komandası bu gün Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, bakılılar C qrupunda ilk olaraq meydan sahibi Fransa ilə üz-üzə gələcək.  Qarşılaşma Bakı vaxtı ilə saat 21:35-də başlayacaq.

Paytaxt təmsilçisi ikinci görüşündə Polşa seçməsini sınağa çəkəcək. Oyun saat 23:20-də start götürəcək.

Qruplarda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər