Dünya Qadın Seriyası: Millimizin və “Neftçi”nin növbəti rəqibləri

Dünya Qadın Seriyası: Millimizin və “Neftçi”nin növbəti rəqibləri

İspaniyanın Melilya şəhərində keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsində Azərbaycan millisinin və “Neftçi” klubunun oyun təqvimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, yığma C qrupunda İspaniya seçməsi və “Yuanda” (Çin) klubu ilə, “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) komandası və Portuqaliya millisi ilə qarşılaşacaq.

Millimiz ilk matçını avqustun 18-də, Bakı vaxtı ilə saat 20:20-də İspaniyaya, “Neftçi” isə həmin gün, Bakı vaxtı ilə saat 19:55-də Portuqaliyaya qarşı keçirəcək.

Qeyd edək ki, 18-19 avqust tarixlərində keçiriləcək qrup mərhələsində ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər