Topaz Premyer Liqasında IX tura yekun vurulub. Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə iki matç baş tutub.
Günün ilk qarşılaşmasında lider "Qəbələ" "Sumqayıt"ı qəbul edib. İlk dəfə ötən tur qapısında qol görən "Qəbələ" bu oyunda 2 dəfə məyus olub - 2:2. Hesabı 46-cı dəqiqədə "Sumqayıt"ın "Qəbələ"dən icarəyə götürdüyü Yusif Nəbiyev açıb. 64-cü dəqiqədə Rəşad Eyyubov bərabərliyi təmin edib. 73-cü dəqiqədə Filip Ozobiç qonaqları hesabda önə keçirib. 90+4-cü dəqiqədə Sadiq Quliyev meydandan qovulub və "qırmızı-qaralar"ın qapısına penalti təyin edilib. Topa yaxınlaşan daha bir sabiq "Qəbələ"li - Amil Yunanov dəqiq zərbə ilə yetirməsi olduğu klubu məyus edib.
Turun son oyununda "Neftçi" və “Qarabağ” qarşılaşıb. Azərbaycan derbisinin taleyini iki qol həll edib. Hesabı 29-cu dəqiqədə Rahid Əmirquliyev açıb. 90-cı dəqiqədə Jayro Rodrigesin avtoqolu "Qarabağ"ın üstünlüyünü 2 topa çatdırıb. Bundan sonra "Neftçi"nin azarkeşi etiraz etmək üçün meydana çıxıb. Bu zaman "ağ-qaralar"ın futbolçusu Katalin Tira əsəblərinə hakim ola bilməyərək onu döyüb və meydandan qovulub.
Qeyd edək ki, turun ilk iki oyun günündə baş tutan "Kəpəz" - "İnter" matçı 0:0, AZAL - "Zirə" görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Topaz Premyer Liqası
IX tur
25 oktyabr
Sumqayıt - Qəbələ 2:2
Qollar: Yusif Nəbiyev, 46. Amil Yunanov, 90+4-pen - Rəşad Eyyubov, 64. Filip Ozobiç, 73.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 21. Nasır Abilayev, 25. Ayaz Mehdiyev, 39. Tural Bayramlı, 66. Afşin Esmaeilzadeh.
Baş məşqçi: Samir Abbasov.
Qəbələ: 22. Dmitri Bezotosnı (k), 3. Voislav Stankoviç, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 34. Ürfan Abbasov, 39. Sadiq Quliyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Qırmızı vərəqə: Sadiq Quliyev, 90+4.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Kapital Bank Arena”.
İlk dövrə - 0:2
Neftçi - Qarabağ 0:2
Qollar: Rahid Əmirquliyev, 29. Jayro Rodriges, 90 (avtoqol).
Neftçi: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 6. Vançe Şikov, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 30. Dario Melnyak, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov, 20. Eltun Yaqublu, 95. Elvin Bədəlov, 10. Cavid İmamverdiyev (k).
Ehtiyat oyunçular: 1. Krşevan Santini, 9. Katalin Tira, 19. Fəhmin Muradbəyli, 90. Jonas Pesalli, 26. Kamal Qurbanov, 13. Murad Ağayev.
Baş məşqçi: Elxan Abdullayev.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 71. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
Qırmızı vərəqə: Katalin Tira, 90+1.
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
“Bakcell Arena”.
İlk dövrə - 0:3
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 9 | 6 | 3 | 0 | 22:3 | 21 | |
| 2 | Qarabağ | 9 | 6 | 1 | 2 | 20:5 | 19 | |
| 3 | İnter | 9 | 4 | 5 | 0 | 13:8 | 17 | |
| 4 | Kəpəz | 9 | 2 | 5 | 2 | 7:8 | 11 | |
| 5 | Zirə | 9 | 3 | 2 | 4 | 8:10 | 11 | |
| 6 | Sumqayıt | 9 | 2 | 3 | 4 | 8:14 | 9 | |
| 7 | Neftçi | 9 | 2 | 0 | 7 | 6:20 | 6 | |
| 8 | AZAL | 9 | 0 | 3 | 6 | 4:20 | 3 | |
| Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. | |||||||
Fanat.Az