"Barselona"nın ulduzu Dani Alveş yeni mövsümdə PSJ-nin formasını geyinə bilər. Fanat.az xəbər verir ki, Kataloniya klubu ilə 2015-ci ilədək müqaviləsi olan braziliyalının Fransaya yollanması gözlənilir.
"El Mundo Deportivo"nun xəbərinə görə, PSJ-də forma geyinən Markuinyos və Lukas kimi braziliyalılar Alvesi bu komandaya keçməyə razı sala bilib. "Barselona" da Danini satmağa razıdı. Hər şey tərəflər arasındakı danışıqlardan aslı olacaq.
Fanat.az