Daha bir klub Arda Turana elçi düşüb. Fanat.Az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb.
Qəzet iddia edir ki, Arda Turanla "Monako" maraqlanır. Türk futbolçunun bu həftənin cümə gününə qədər "Barselona"dan ayrılacağı və yeni klubu ilə müqavilə imzalayacağı deyilir. Onun transferində ən şanslı klubun məhz Fransa çempionu olduğu bildirilir.
Fanat.Az