"Neftçi" daha bir futbolçusu ilə vidalaşıb. Fanat.az xəbər verir ki, Aqil Məmmədov komandanı tərk edib.
Buna səbəb tərəflərin yeni müqavilə məsələsində anlaşa bilməməsi olub. Qapıçının karyerasını hansı klubda davam etdirəcəyi bilinmir.
Bu "Neftçi"nin yay fasiləsində vidalaşdığı ikinci futbolçu olub. Aqildən əvvəl Erik Ramos komandanı tərk edib.
Qeyd edək ki, 2015-ci ildə "Bakı"dan "Neftçi"yə keçən 27 yaşlı qolkiper "ağ-qaralar"ın heyətində 51 rəsmi oyun keçirib.
Fanat.az