Daha bir Avropa nəhəngi "Sabah"ın ulduzuna elçi düşdü: 3 milyon avro

Daha bir Avropa nəhəngi "Sabah"ın ulduzuna elçi düşdü: 3 milyon avro

"Sabah"ın fransalı ulduzu Aaron Maluda Avropa klublarının transfer hədəfində qalmağa davam edir.

Fanat.Az xəbər verir ki, Şotlandiya nəhəngi "Seltik"in uzun müddətdir yaxından izlədiyi 20 yaşlı vinger üçün indi də İsveçrə təmsilçisi hərəkətə keçib.

"Bazel" gənc istedadı heyətinə qatmaq üçün ciddi şəkildə təzyiqi artırıb. Bununla belə, futbolçunu çoxdan bəri radarda saxlayan "Seltik" də geri çəkilmək niyyətində deyil. Şotlandlar transfer əməliyyatını "Sabah"ın Çempionlar Liqasının təsnifat mərhələsi başa çatana qədər yekunlaşdırmağı planlaşdırır.

"Seltik"in ciddi marağına və "Bazel"in dövrəyə girməsinə baxmayaraq, hələlik rəsmi bir təklif irəli sürülməyib. Çünki Azərbaycan klubu gənc ulduzunu ucuz satmaq fikrində deyil. "Sabah" rəhbərliyinin Aaron Maluda üçün 3 milyon avrodan çox nağd pul və əlavə bonuslar tələb etdiyi bildirilir. Danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər