DÇ-2022: Neymar Pelenin rekorduna şərik oldu

DÇ-2022: Neymar Pelenin rekorduna şərik oldu

Fransanın PSJ klubunun hücumçusu Neymar Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyunda fərqlənən 30 yaşlı hücumçu “pentakampeonlar”ın heyətində 77-ci qolunu vurub.

O, buna 124-cü matçında nail olub. 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olan Pele isə 92 görüşdə eyni sayda qol vurmuşdu.

Dünya çempionatlarında 13-cü oyununda qollarının sayını 8-ə çatdıran Neymar bu göstəriciyə görə isə argentinalı Dieqo Maradona və portuqaliyalı Kristiano Ronaldoya çatıb. Mundiallar tarixinin ən məhsuldar oyunçusu isə aktivində 16 qol olan almaniyalı Miroslav Klozedir.

Xatırladaq ki, 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyasında (2:4) məğlub olan Braziliya millisi DÇ-2022 ilə vidalaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər