Cud Bellingem Runinin rekordunu yenilədi

Cud Bellingem Runinin rekordunu yenilədi

Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qana yığması ilə qolsuz bərabərliyə razılaşan İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem tarixə düşüb.

Fanat.Az "Opta" statistika portalına istinadən xəbər verir ki, o, ölkəsinin seçməsində 50 oyun həddinə ən gənc yaşda çatan futbolçu ünvanına sahib çıxıb.

Afrika komandası ilə görüşə start "11-lik"də başlayan Cud 22 yaş 359 günlüyündə sabiq hücumçu Ueyn Runinin rekordunu yeniləyib. Runi milli forma ilə 50-ci matçına 23 yaş 159 günlük olarkən çıxmışdı.

Qeyd edək ki, L qrupunda yer alan İngiltərə yığması DÇ-2026-dakı növbəti oyununu Panamaya qarşı keçirəcək. Qarşılaşma iyunun 27-də baş tutacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər