Cənubi koreyalı hücumçu Ronaldu ilə yaşadığı insidentdən danışdı

Cənubi koreyalı hücumçu Ronaldu ilə yaşadığı insidentdən danışdı

Cənubi Koreya millisinin hücumçusu Çxo Kü Sun DÇ-2022-nin qrup mərhələsinin 3-cü tur matçında Kriştianu Ronaldu ilə yaşadığı insidentə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, "Daily Record" onun dediklərini belə çatdırıb:

"Çətin durumdaydıq, Portuqaliyaya daha bir qol vurub qələbə qazanmaq istəyirdik. Həmin vaxt Ronaldunu dəyişdilər. Meydanı tələsmədən tərk etmək istəyirdi. Həmin vaxt ingiliscə ondan bir qədər tez tərpənməsini xahiş etdim. Çox narazı görünürdü. Başa düşürəm, kimlərsə mənim davranışımı düzgün saymaya bilərlər. Amma həmin anda qələbəyə kökləndiyimi də nəzərə almaq lazımdır".

Xatırladaq ki, Cənubi Koreya - Portuqaliya oyunu asiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər