"CBC Sport" "Qəbələ" - "Şerif" oyununu niyə yayımlamır?

"CBC Sport" "Qəbələ" - "Şerif" oyununu niyə yayımlamır?
"Qəbələ"nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq və Moldovanın "Şerif" klubunu qəbul edəcək. Bu qarşılaşmanı canlı izləmək mümkün olmayacaq. Belə ki, avrokubokların yayım hüququna sahib olan "CBC Sport" görüşü yayımlamayacaq.
Fanat.Az-ın kanaldan əldə etdiyi məlumata görə, buna səbəb sabah baş tutacaq Avropa Liqasının "Qarabağ" - "Arsenal" (İngiltərə) oyunudu. Belə ki, "CBC Sport" bu görüşlə bağlı test yayımı edir və bütün avadanlıqlarını həmin matça yönəldib.
Əvəzində "Qəbələ"yə cəmi bir kamera göndərilib ki, bu da xəbərlər proqramı üçün kiçik reportaj hazırlamaq məqsədi daşıyır.
Xəbərlə bağlı telekanalın rəhbəri Volkan Üstlə əlaqə saxlamağa çalışsa da, cəhdlərimiz nəticəsiz qaldı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər