"Bütün komandanın səhvindən qol buraxdıq" -  "Neftçi"nin baş məşqçisi

"Bütün komandanın səhvindən qol buraxdıq" -  "Neftçi"nin baş məşqçisi

Misli Premyer Liqasının XIII turunda "Neftçi" səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. 

Fanat.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib: 

“Çox asan qollar buraxdıq, belə olmamalı idi. Boşluqlar təkcə müdafiədə deyil. Bütün komandanın səhvindən qol buraxdıq. Topu necə saxlamalı olduğumuzu bilmir, sürətli oynamırdıq. Ona görə rəqib qol imkanları yaratdı.

Aqil Məmmədov xəstə olduğu üçün meydana çıxa bilmədi. Bu oyundan öncə yerli futbolçuları itirmişdik. Risk etmək istəmədik. Rəhman Hacıyevi nəzərdə tuturam. Üç həftə zədəli olduqdan sonra cəmi 2-3 məşq etmişdi. Bu üzdən ilk dəqiqələrdən onu meydana buraxmadım. Belə problemlərimiz var. Onlarla mübarizə aparırıq. Amma bu cür oynamağımızın səbəbi bu deyil. Rza Cəfərov pis oynamadı. İlk qolda bəxtsizlik oldu. İkincidə isə heç nə edə bilməzdi. Komandaya inam verirdi. Belə davam etsə, yaxşı qapıçı olacaq”.

47 yaşlı mütəxəssis “Sumqayıt”dakı həmkarı Samir Abasovla arasındakı qalmaqala da toxunub: “İki baş məşqçi arasında olan şeylərdir. Şərh vermək istəmirəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər