Bu legioner "Qəbələ"dən getdi

Bu legioner "Qəbələ"dən getdi

“Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb. Fanat.az xəbər veirr ki, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 

2015-ci yayından “qırmızı-qara” forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə klubun şərəfini qoruyub. Aleksey “Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb. 

“Qəbələ” İdman Klubu Aleksey Antonova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər