"Beşiktaş" Azərbaycanı təbrik etdi

"Beşiktaş" Azərbaycanı təbrik etdi
Türkiyənin "Beşiktaş" futbol klubu 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Fanat.Az-ın məlumatına görə, Super Liqanın son çempionu bununla bağlı "Facebook" səhifəsində iki ölkə bayrağının fotosunu paylaşıb.
Fotonun üzərində isə bu sözlər yazılıb: "Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun".
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu bu münasibətlə ölkəmizə təbrik ünvanlayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər