"Bayer"lə matçlarda qalib gəlmək istəyirik" - Elvin Cəfərquliyev

"Bayer"lə matçlarda qalib gəlmək istəyirik" - Elvin Cəfərquliyev

Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ" evdə "Sumqayıt"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Matçın ardından "köhlən atlar"ın müdafiəçisi Elvin Cəfərquliyevlə ilə söhbətləşdik.

Onun Fanat.Az-a müsahibəsi belə alındı:

- Oyun haqda fikirlərin necədir? - Bir çox futbolçumuz yorğun olsa da, istəyirdik ki, matçı qələbə ilə başa vuraq. Şükürlər olsun ki, qələbə qazandıq. Ümumi götürsək, çox yaxşı oyun alındı. Məncə, gözəl futbol izlədik. 

- Keçən oyundakı qırımızı vərəqənin psixoloji təsiri hələ də hiss olunur? - Xeyr, çalışdım ki, bu günkü oyuna peşəkar yanaşım. Futbolda belə hallar olur. Həmin anda aqressiv yanaşdım. Amma oyundan sonra öz sakitliyimi qorumağa çalışdım. 

- Avropa Liqasının 1/8 final mərhələsində rəqibiniz "Bayer Leverkuzen" oldu. Bu haqda fikirlərin nədir? - Əlimizdən gələni edəcəyik ki, rəqibə çətinlik yaradaq. Həmin matçlarda qalib gəlmək istəyərik. Niyə də olmasın? Bura qədər gəlmişiksə, oynayacağıq.

Nahid Ustaclı 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər